25 sentyabr 2024 at 14:26
Jurnalist kodu: 5564
Xəbər kodu: 85607538
T T
0 Persons
İsrail soyqırımı törədib - Silahlarımız və raketlərimiz özünümüdafiə üçündür

Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan sionist rejimin bölgədəki soyqırımına toxunaraq bildirib ki, hamı birlik göstərərək səsini ucaltsa, İsrailin cinayətkar əməllərini davam etdirməyə cəsarəti çatmaz.

İran İslam Respublikasının Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibə verib. Müsahibənin bəzi hissələri telekanalın Teleqram kanalının Ərəb bölməsinədə dərc olunub. Müsahibədə sionist rejimin törətdiyi cinayətlərə toxunan Prezident deyib: “İsrailin bölgədəki hərəkətləri soyqırımdır. Avropa və Amerika ölkələri təəssüf ki, bu cinayətləri müdafiə etməyə davam edir.” 

Prezident əlavə edib: “İsrail öz məqsədlərinə çata bilməyib və HƏMAS hərəkatını məhv edə bilməyib.” 

Pezeşkiyan vurğulayıb: “İsrailin əldə etdiyi yeganə məqsəd şəhərləri tamamilə dağıtmaq və humanitar yardımın insanlara çatmasının qarşısını almaqdır.” 

İran İslam Respublikası Prezidenti vurğulayıb: “İslam ölkələri İsrailə tutarlı cavab verməlidir.” 

Doktor Pezeşkiyan deyib: “HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin terror edilməsinə cavab veriləcək vaxt çərçivəsini müəyyən edən bizik. İsrail istədiyini edə bilməz.” 

“Bizim cavab vermə tərzimiz, onun yeri və vaxtı açıqlanmamalı olduğumuz məsələlərdir” - deyə, Prezident bəyan edib. 

İran Prezidenti deyib: “Hamımız vəhdət və birlik göstərərək səsimizi ucaltsaq, İsrailin öz hərəkətlərini davam etdirməyə cəsarəti çatmaz.” 

0 Persons

Sizin rəyiniz

You are replying to: .